SON DƏQİQƏ

Yuxarı Larsda nə qədər maşın dayanıb?

Tarix:

28-12-2023, 17:15

/ 3 069 dəfə oxundu.
Yuxarı Larsda nə qədər maşın dayanıb?

Hava şəraiti ilə əlaqədar üç mindən çox yük maşını Yuxarı Lars keçid məntəqəsindən keçmək üçün gözləyir.

Bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
Bildirilib ki, hazırda yolun Gürcüstan-Rusiya sərhədinə gedən Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağandır.
Qeyd edək ki, Mtsxeta-Stepantsminda-Lars yolu dekabrın 22-də səhər saatlarında qar uçqunu təhlükəsinin yüksək olması səbəbindən bağlanıb.
Mtsxeta-Stepantsminda-Lars avtomobil yolu hazırda Gürcüstan və Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ