
İsrail ordusu Qəzza zolağında "Əl-Rantisi" xəstəxanası ərazisində HƏMAS-a məxsus üç tunel şaxtasını aşkar edərək məhv edib.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) məlumatında deyilir.
Bildirilib ki, on metrlərlə dərinlikdə olan tunel xəstəxananın altından keçən və Qəzza şəhərinin mərkəzinə aparan yeraltı tunel şəbəkəsi ilə birləşdirilib.