Baş nazir Nikol Paşinyan və xanım Anna Akopyan Gümrüdə Sergey Merkurovun ev-muzeyində olub, burada rəssam Karen Ohanyanın “Kommunizmin ölümünün görüntüləri” adlı fərdi sərgisində nümayiş etdirilən nümunələrlə tanış olublar.
Bu haqda “Armenpress” məlumat yayıb.
Rəssamın təşəbbüsü ilə oktyabrın 22-də açılan sərgi 2024-cü ilə qədər davam edəcək. Sərgidə İki janrın üstünlük təşkil etdiyi 12 əsər nümayiş etdirilir: mənzərə və natürmort. Karen Ohanyanın yeni silsilə əsərlərində bu iki ənənəvi janr gözlənilməz, yenilikçi və təsirli şərh alıb. O, əsərlərində kommunizmin ölümü və müharibələr haqda bəzən bilavasitə danışır, bəzən də təsirli təsviri simvollar, metaforalar yaradır.
P.S. Xəbərdə əsas diqqəti cəlb edən sərgidəki rəsmlər yox, Paşinyanın yeni, orijinal geyimdə görüntüləridir. Ermənistan baş naziri, demək olar ki, ilk dəfədir, belə stildə baş geyimində- “kepka”da görünür… “Kepka” qoymaq arxayınlıq, özünəgüvən əlamətidir. Sərginin adı da rəmzidir: “Kommunizmin ölümünün görüntüləri”… Görünür, Paşinyan artıq saxta kommunizmin demokratiyanın hücumları altında məhv olduğunu, özünün də “kommunizm” şinelindən çıxmış Putin qarşısında qalib olacağını nümayiş etdirməyə çalışır… /Moderator.az