SON DƏQİQƏ
» » Tramp-Putin telefon danışığının təfərrüatları açıqlanıb

Tramp-Putin telefon danışığının təfərrüatları açıqlanıb

Tarix:

10-02-2017, 06:48

/ 5 849 dəfə oxundu.
Tramp-Putin telefon danışığının təfərrüatları açıqlanıb

ABŞ prezidenti Donald Tramp və onun rusiyalı həmkarı Vladimir Putin arasında yanvarın 28-də keçirilmiş ilk telefon danışığı zamanı Tramp Strateji Hücum Silahlarının (SHS) azaldılmasına dair sazişi tənqid edərək, onun ABŞ üçün uğursuz olduğunu bildirib.

 Bu haqda "Röyters”agentliyinə danışığın detallarından məlumatlı olan, lakin adlarının hallanmasını istəməyən iki amerikalı məmur bildirib.   

Mənbələrin məlumatına görə, telefon danışığı zamanı  Rusiya prezidenti SHS sazişinə toxunarkən,  Tramp danışığa fasilə verib və müşavirlərindən razılaşma barədə maraqlanıb.

Məlumatlandırıldıqdan sonra Tramp Putinə bəyan edib ki, qeyd olunan razılaşma eks-prezident Barak Obama administrasiyasının uğursuz sazişlərindən biridir. Onun sözlərinə görə, həmin saziş yalnız Rusiyanın maraqlarına cavab verir.   

Qeyd edək ki, SHS sazişinin prezidentlər tərəfindən müzakirə edilməsi barədə nə Kreml, nə də Ağ Ev rəsmi məlumat yaymayıb.  

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ