SON DƏQİQƏ
» » Putin-Tramp danışığının detalları bəlli oldu

Putin-Tramp danışığının detalları bəlli oldu

Tarix:

29-01-2017, 01:27

/ 3 976 dəfə oxundu.
Putin-Tramp danışığının detalları bəlli oldu

Rusiya prezidenti Vladimir Putin və onun amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı məhsuldar və müsbət olub. İki ölkə lideri terrorla mübarizə, Suriya münaqişəsi və Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Gunaz.az-ın APA-a istinadən məlumatına görə, bu barədə Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.   
Prezidentlər həmçinin Yaxın Şərqdəki vəziyyəti, Ərəb-İsrail münaqişəsi, strateji sabitlik sahəsi və nüvə silahın yayılmaması, habelə İranın nüvə proqramı və Koreya yarımadası ətrafındakı məsələlər müzakirə olunub.    
Dövlət başçıları mütəmadi olaraq şəxsi əlaqə saxlamağa dair razılığa gəliblər.    
V.Putin və D.Tramp iki ölkənin işgüzar dairələri arasında ticari-iqtisadi əlaqələrin bərpa olunmasının vacibliyini qeyd ediblər.   
Tərəflər telefon danışığı zamanı konstruktiv, bərabər hüquqlu və qarşılıqlı faydalı şərtlər əsasında əməkdaşlığın bərpası və inkişaf etdirilməsi istiqamətində birgə fəal iş aparmaq niyyətində olduqlarını bildiriblər.    
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ