Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara kəndində gömrük məntəqəsinin tikintisi başa çatmaq üzrədir.
Bu barədə erməni mətbuatı məlumat yayıb.
Ermənistanın Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, layihə-hesablama sənədləri ilə nəzərdə tutulmuş işlər yekunlaşmaq üzrədir. Gömrük nəzarəti prosedurları üçün zəruri olan bina və tikililər hazırdır və hazırda abadlıq işləri gedir.