Ötən gün axşam saatlarında Krımda partlayış səsləri eşidilib.
Bu barədə Ukrayna mətbuatında məlumat yayılıb.
Bildirilib ki, partlayışdan sonra hava hücumu xəbərdarlığı elan edilib.
Məlumata görə, Sevastopolda iki partlayış səsi eşidilib, onlardan biri hətta Baxçasarayda da eşidilib. Belə ki, yarımada üzərində Ukrayna PUA-sının vurulduğu və tarlaya düşdüyü bildirilib.