Türkiyədə də 3 günlük matəm elan olundu
Tarix:18-10-2023, 17:00
/ 1 733 dəfə oxundu. 
Qəzzadakı müharibədə həyatını itirənlərlə bağlı Türkiyədə 3 günlük matəm elan olunub.
Bu barədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) məlumat yayıb.
Bildirilib ki, Qəzzadakı xəstəxanaya hücumla əlaqədər ölkədə matəm elan olunur. Bu barədə Prezident sərəncam imzalayıb.
Sabah bir çox yerlərdə bayraqlar yarıya endiriləcək.
Qeyd edək ki, Qəzza zolağında yerləşən xəstəxanaya hücum nəticəsində 800 nəfər həyatını itirib.
скачать dle 12.1