SON DƏQİQƏ
» » Rusiya sülhməramlıların müzakirəsini İrəvanla aparır

Rusiya sülhməramlıların müzakirəsini İrəvanla aparır

Tarix:

6-10-2023, 13:24

/ 1 575 dəfə oxundu.
Rusiya sülhməramlıların müzakirəsini İrəvanla aparır

Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasının vaxtını müzakirə etmək üçün bu gün İrəvana səfər edəcək.

Bu barədə TASS-a diplomatik mənbəyə istinadən məlumat yayıb.

“Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün İrəvana səfər edəcək. Ermənistan tərəfi ilə görüşdə Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasının konkret tarixləri müzakirə olunacaq”, - məlumatda deyilib.

Rusiya Müdafiə Nazirliyinin sülhməramlılarla bağlı müzakirə aparmaq üçün İrəvana nümayəndə göndərməsi müəmmalıdır. Çünki Rusiya Prezidenti Vladimir Putin də dünən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxışı zamanı sülhməramlıların Azərbaycan ərazisində olduğunu demişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ