SON DƏQİQƏ

Türkiyədə ağır qəza: 4 nəfər öldü

Tarix:

16-09-2023, 13:45

/ 1 742 dəfə oxundu.
Türkiyədə ağır qəza: 4 nəfər öldü

Türkiyənin Mersin vilayətində zibil daşıyan maşının pikapla toqquşması nəticəsində ağır yol qəzası baş verib.

Qəza nəticəsində iki nəfər yaralanıb, dörd nəfər həyatını itirib.

Məlumata əsasən, hadisə yerinə çoxlu sayda polis və təcili tibbi yardım cəlb edilib.

Yaralılar təcili tibbi yardımla xəstəxanaya aparılıb. Polis qrupları qəza yerində araşdırmalarını davam etdirir.

скачать dle 12.1

Şərhlər