Rusiyanın bir sıra mərkəzi regionlarındakı yanacaqdoldurma məntəqələrində benzin və dizel yanacağı qıtlığı yaranıb.
Bu barədə "Mash" Teleqram kanalı sosial şəbəkələrdə yayımlanan hadisə şahidlərinin videolarına istinadən məlumat yayıb.
Qeyd olunur ki, eyni zamanda benzinin qiyməti 10-15 rubl bahalaşıb:
“Lipetskdəki özəl yanacaqdoldurma məntəqələrində Aİ-95 markalı benzinin litrini 65, Aİ-92-ni isə 59 rubla almaq olar. Tulada da vəziyyət oxşardır, şəhərin yanacaqdoldurma məntəqələrindən birində yanacaq yalnız hüquqi şəxslərə, Aİ-92 isə ancaq talonla satılır. Yanacaqdoldurma məntəqəsində ümumiyyətlə dizel yoxdur. Çuvaşiya və ətraf rayonlarda da qiymətlərin sürətli artımının qarşısını almağa çalışırlar, son üç ayda yanacaqdoldurma məntəqələrində yanacaq 3,3-3,4 faiz bahalaşıb. Bununla belə, özəl yanacaqdoldurma məntəqələrində dizelin qiyməti artıq bir litr üçün 80 rubla çatıb. Krımda da vəziyyət oxşardır, burada Aİ-95-in qiyməti 1 litr üçün 63-64 rubl təşkil edir, bəzi yanacaqdoldurma məntəqələrində də dizel yoxdur”.