SON DƏQİQƏ
» » Paşinyan müharibə edəcək: Məqsədi budur - İşxanyan

Paşinyan müharibə edəcək: Məqsədi budur - İşxanyan

Tarix:

8-09-2023, 11:24

/ 1 623 dəfə oxundu.
Paşinyan müharibə edəcək: Məqsədi budur - İşxanyan

Paşinyan məqsədlərinə nail olmaq üçün müharibə törədir. 2020-ci ildə onun yaratdığı müharibənin məqsədi Qarabağdan xilas olmaq idisə, indi törədəcəyi müharibənin məqsədi KTMT-dən çıxmağa hesablanıb.


Bu barədə erməni ekspert Avetik İşxanyan sərhəddə baş verən gərginlik və ABŞ-Ermənistan hərbi təlimləri haqqında danışarkən deyib.


Onun sözlərinə görə, 2022-ci ilin sentyabrında ikigünlük (13-14 sentyabr) müharibə anti-Rusiya mövqeyini gücləndirmək və KTMT-dən çıxmağa hesablanmışdı:


“Paşinyan öz məqsədinə nail olmaq üçün insan həyatını qurban verir, 2020-ci ildə də bunu etdi, 2022-ci ildə də. İndi də eyni şeylər təkrarlanır. ABŞ-Ermənistan təlimləri də məhz anti-Rusiya prosesinin tərkib hissəsidir”.


Erməni ekspert son günlər İrəvan-Moskva xəttində baş verən gərginliyə diqqət çəkib. Qeyd edib ki, hər şey hazır ssenari üzrə davam edir.

скачать dle 12.1

Şərhlər