Meksikanın mərkəzində yanacaqdaşıyan maşın aşıb, ölənlər var
Tarix:29-08-2023, 09:17
/ 1 816 dəfə oxundu. 
Meksikanın mərkəzində, Sumpanqo bələdiyyəsi yaxınlığında avtomobil yolunda yanacaqdaşıyan maşının aşması və partlaması nəticəsində azı 8 nəfər ölüb.
Bu barədə "Excelsior" qəzeti məlumat yayıb.
Yük maşını partlayan zaman yolun hərəkət hissəsində olan minik avtomobilində sərnişinlərin hamısı ölüb.
Polis araşdırma aparır.
скачать dle 12.1