SON DƏQİQƏ

Kərəcdə məhbuslar edam edildi

Tarix:

23-08-2023, 15:52

/ 1 584 dəfə oxundu.
Kərəcdə məhbuslar edam edildi

Avqustun 23-də Kərəcin "Qızıl hisar" həbsxanasında narkotik maddələrin alverində günahlandırılan 3 məhkum edam edilib.

Bu barədə insan haqları fəalları məlumat yayıblar.

Edam barədə İran məhkəməsi və rəsmi dövlət mediası məlumat dərc etməyib.

Qeyd edək ki, İranda icra edilən edam cəzalarının əksəriyyəti ilə bağlı rəsmi açıqlama verilmədiyi üçün hüquq müdafiəçiləri buna "gizli edam" adı veriblər.

İnsan haqları təşkilatının açıqladığı son hesabata görə, cari ilin 7 ayı ərzində İranda ümumilikdə 423 nəfər edam olunub.
скачать dle 12.1

Şərhlər