SON DƏQİQƏ

Moskva yenidən PUA hücumuna məruz qaldı

Tarix:

23-08-2023, 09:20

/ 1 557 dəfə oxundu.
Moskva yenidən PUA hücumuna məruz qaldı

Rusiyanın paytaxtı Moskva yenidən PUA-ların hücumuna məruz qalıb.

Moskva sakinləri təcili yardım xidmətlərinə şəhərin müxtəlif yerlərində partlayışlar barədə məlumat veriblər.

Paytaxt meri Sergey Sobyanin rəsmi Teleqram kanalında yazıb ki, Moskva vilayətinin Mojaysk rayonunda pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə vasitəsi ilə vurulub, daha bir PUA isə Moskva-Siti ərazisində tikilməkdə olan binaya düşüb.

"PUA-nın Moskva vilayətinə çatmasından sonra zərərçəkən olmayıb, operativ xidmətlər hadisə yerinə gedib”, - mer bildirib.

Moskvanın hava limanları müvəqqəti olaraq təyyarələri qəbul etmir və göndərmir.

"Moskva hava limanları təyyarələrin qəbulu və göndərilməsi üçün müvəqqəti bağlanıb", - mənbə bildirib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ