
Bu barədə vəkil Ara Zöhrabyan məlumat verib.
“Müğənni İlya Prusikin bir neçə ay əvvəl xristian xaçını skeytbord kimi istifadə edərək Milad bayramında keşiş qiyafəsi geyinib. Bu yolla o, xristian dəyərlərini ələ salıb və xristianların dini hisslərini təhqir edib. Bir gündə 1257 həmvətənimiz cinayət işinin qaldırılması ilə bağlı bəyanat imzalayıb. İşin açılması tələbi rəsmən Baş Prokurorluğa göndərilib”, - o, Facebook səhifəsində yazıb.
Qeyd edək ki, yanvar ayında Rusiya Federasiyasının Ədliyyə Nazirliyi Prusikini xarici agentlərin reyestrinə daxil edib. Onun xarici mənbələrdən dəstək aldığı, Ukraynadakı müharibəni dayandırmağa çağırışlarla dost olmayan ölkələrdə konsertlər verdiyi, habelə dövlət orqanlarının fəaliyyəti ilə bağlı yalan məlumatlar yaydığı bildirilib.
































