SON DƏQİQƏ

Rusiya bu məhsulun ixracına qadağa qoydu

Tarix:

29-07-2023, 14:17

/ 1 696 dəfə oxundu.
Rusiya bu məhsulun ixracına qadağa qoydu

Rusiya ölkədən düyü və düyü yarmasının ixracına qadağa tətbiq edib.

Bu barədə Rusiya Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, qadağa 31 dekabr 2023-cü ilə qədər qüvvədə olacaq.

Qərarın daxili bazarda sabitliyi qorumaq üçün verildiyi vurğulanıb.

Qadağanın Avrasiya İqtisadi Birliyinə üzv ölkələrə, Cənubi Osetiya və Abxaziyaya təsir etməyəcəyi qeyd edilib. Bundan əlavə, düyü və düyü yarmaları həm humanitar yardım üçün, həm də beynəlxalq tranzit daşımalarında xaricə göndərilə bilər.
скачать dle 12.1

Şərhlər