SON DƏQİQƏ

Priqojin Nigerdəki çevrilişi dəstəklədi

Tarix:

28-07-2023, 22:03

/ 3 458 dəfə oxundu.
Priqojin Nigerdəki çevrilişi dəstəklədi

"Vaqner"in rəhbəri Yevgeni Priqojin Nigerdə baş verən hərbi çevrilişi dəstəkləyib.
Teleqraf.com xəbər verir ki, o, Nigerdə nizam-intizam yaratmaq üçün qiyamçılara "Vaqner"in xidmətlərini təklif edib.
Priqojin qiyamı Qərb müstəmləkəçiliyindən xilas kimi qələmə verib.
"Nigerdə ​​baş verənlər Niger xalqının öz müstəmləkəçiləri ilə mübarizəsindən başqa bir şey deyil", - deyə muzdluların lideri bildirib.
Xatırladaq ki, iyulun 27-də Niger hərbçiləri Prezident Məhəmməd Bazumun vəzifəsindən kənarlaşdırıldığını və respublika sərhədlərinin bağlandığını elan edib. Qiyamçılar tərəfindən devrilən M. Bazum xalqın onun prezidentliyinin nailiyyətlərini qoruya biləcəyinə ümid etdiyini bildirib.
скачать dle 12.1

Şərhlər