SON DƏQİQƏ

Ərdoğan bu ölkəyə gedir

Tarix:

17-07-2023, 12:42

/ 1 608 dəfə oxundu.
Ərdoğan bu ölkəyə gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərindən ibarət Körfəz turu başlayır.

Ərdoğan ərəb ölkələrinə böyük heyətlə gedir. Türkiyə mediasının məlumatına görə, bəzi nazirlər və dövlət rəsmiləri ilə yanaşı Ərdoğanı 200 iş adamı müşayət edir. Məlumata görə, Körfəz turu çərçivəsində Ərdoğanın iştirakı ilə Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də biznes forumu təşkil ediləcək. Səfər öncəsi açıqlama verən Ərdoğan deyib:

“Dostlarımı əvvəlcədən göndərdim. Onlar Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərini ziyarət etdilər. Biz də heyətlə gedəcəyik. Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edərək, onlarla hər cür əlaqələri gücləndirmək istəyirik”.
скачать dle 12.1

Şərhlər