SON DƏQİQƏ

502-ci gün: Ukraynanın itkiləri açıqlandı

Tarix:

10-07-2023, 18:17

/ 1 570 dəfə oxundu.
502-ci gün: Ukraynanın itkiləri açıqlandı

Rusiya müharibənin 502-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

"Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 453 təyyarəsi, 241 helikopteri, 4956 PUA-sı, 426 zenit-raket kompleksi, 10 615 tank və digər zirehli texnikası, 1137 reaktiv yaylım atəş sistemi, 5399 artilleriya və minaatanı, 11 565 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
скачать dle 12.1

Şərhlər