SON DƏQİQƏ

Rusiya Krivoy Roqu dronlarla vurdu

Tarix:

8-07-2023, 10:05

/ 1 623 dəfə oxundu.
Rusiya Krivoy Roqu dronlarla vurdu

Rusiya Silahlı Qüvvələri iyulun 8-nə keçən gecə Krivoy Roq şəhərinə dronlarla hücum edib.

Bu barədə Dnepropetrovsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.

O bildirib ki, hücum zamanı 1 nəfər yaralanıb:

"Ümumilikdə, 360 kvadratmetr ərazini əhatə edən iki yanğın baş verib.

Bundan başqa, bir neçə anbar dağıdılıb, 7 avtomobilə isə ziyan dəyib”.
скачать dle 12.1

Şərhlər