SON DƏQİQƏ

Putin İran prezidenti ilə nə danışdı?

Tarix:

26-06-2023, 16:25

/ 1 638 dəfə oxundu.
Putin İran prezidenti ilə nə danışdı?

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı aparıb.

Bu barədə Kremlin saytında məlumat verilib.

Məlumata görə, İran rəhbəri iyunun 24-də Rusiyadakı silahlı üsyana cəhdlə bağlı Rusiya rəhbərliyinə tam dəstəyini ifadə edib.

Bundan əlavə, tərəflər ticarət, energetika və nəqliyyat sahəsində razılaşmaların praktiki həyata keçirilməsini vurğulamaqla Moskva və Tehran arasında gələcək inkişaf perspektivlərini müzakirə ediblər.
скачать dle 12.1

Şərhlər