SON DƏQİQƏ

Leyen Kiyevə gəlir

Tarix:

8-05-2023, 17:10

/ 1 604 dəfə oxundu.
Leyen Kiyevə gəlir

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen mayın 9-da Ukraynanın paytaxtı Kiyevə səfər edəcək.

Bu barədə Avropa Komissiyasının Tvitter səhifəsində bildirilib.

Leyen səfər çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək və Avropa Birliyinin Ukraynaya dəstəyini təsdiqləyəcək.

Xatırladaq ki, Prezident Vladimir Zelenskinin fərmanına əsasən, sabahdan etibarən Ukrayna hər il mayın 9-unu Avropa Günü olaraq qeyd edəcək.

Səfər çərçivəsində Ukraynanın bərpası, AB-nin gələcək dəstəyinə dair məsələnin müzakirə olunacağı nəzərdə tutulub.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ