SON DƏQİQƏ

İranda ayətullah öldürüldü

Tarix:

26-04-2023, 13:11

/ 1 616 dəfə oxundu.
İranda ayətullah öldürüldü

İran Dini Ekspertlər Şurasının üzvü ayətullah Abbas Əli Süleymani Babolsar şəhərində silahlı hücum zamanı öldürülüb.

Bu barədə Mazandaran əyaləti siyasi təhlükəsizlik üzrə idarə rəisinin müavini Ruhulla Selaqi məlumat verib.

Onun sözlərinə görə, aprelin 26-da səhər saatlarında ayətullah Süleymaniyə silahlı hücum olub. O, Sistan-Bəlucistan əyalətini Dini Ekspertlər Şurasında təmsil edirdi. Abbas Əli Süleymani əvvəllər İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin Sistan-Bəlucistan üzrə nümayəndəsi olub.

Məlumata görə, hadisə Mazandaran əyalətinin Babolsar şəhərinin Şəhrəbanu meydanı ərazisində baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ