SON DƏQİQƏ

Hürjet ilk uçuşunu həyata keçirdi

Tarix:

25-04-2023, 12:11

/ 1 576 dəfə oxundu.
Hürjet ilk uçuşunu həyata keçirdi

Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən yerli və milli imkanlarla inkişaf etdirilən Türkiyənin ilk reaktiv mühərrikli təlim və yüngül hücum təyyarəsi Hürjet ilk uçuşunu həyata keçirib.

Test uçuşu uğurlu alınıb. Məlumata görə, tək mühərrikli Hürjet tandem kokpiti və müasir avionik dəsti ilə üstün performansa malikdir. Bildirilir ki, Hürjet Hərbi Hava Qüvvələri Komandanlığının inventarında olan T-38 və akrobatika nümayişlərində istifadə edilən F-5 təyyarələrini əvəz edəcək.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ