SON DƏQİQƏ
» » Zelenskidən növbəti xəbərdarlıq: Tərk edin, əks halda...

Zelenskidən növbəti xəbərdarlıq: Tərk edin, əks halda...

Tarix:

3-04-2023, 19:17

/ 1 408 dəfə oxundu.
Zelenskidən növbəti xəbərdarlıq: Tərk edin, əks halda...

Ukrayna işğal olunmuş bütün əraziləri mütləq azad edəcək.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Cəbhədəki irəliləyişimizə gəlincə, nə vaxt konkret şeylərə hazır olacağımızı deyə bilmərəm. Amma biz döyüşdə güclü olmağa və torpağımızı işğaldan azad etməyə hazırlaşırıq. Bunun necə və nə vaxt olacağını söyləmək çətindir. Mən konkret işlər barədə danışmayacağam, çünki biz Rusiyadan olan terrorçulara öz metodlarımıza və işğaldan azad etmək üçün addımlarımıza hazırlaşmaq imkanı verə bilmərik. Amma biz bunu edəcəyik və onlar bunu bilməlidirlər. Onların oradan çıxmağa hələ vaxtları var, əks halda onları məhv edəcəyik", - Zelenski qeyd edib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ