SON DƏQİQƏ
» » Azərbaycan və erməni hərbiçilər arasında dava olub?- ŞOK İDDİA

Azərbaycan və erməni hərbiçilər arasında dava olub?- ŞOK İDDİA

Tarix:

3-04-2023, 08:24

/ 2 280 dəfə oxundu.
Azərbaycan və erməni hərbiçilər arasında dava olub?- ŞOK İDDİA

Ermənistanın "Hraparak” nəşri Azərbaycan Ordusunun əsgərləri ilə erməni əsgərlər arasında "əlbəyaxa” dava olduğu haqda məlumat yayıb.

Erməni mediası "öz mənbəsinə” istinadla Dağ/Dığ-Gorunzur (Tez-Kornidzor) istiqamətində Ordumuz mövqe tutarkən, erməni əsgərlərlə "əlbəyaxa dava” etdiyini iddia edib.

Qeyd edək ki, sözügedən görüntülər ötən gündən sosial şəbəkələrdə yayılıb. O görüntülərdə Azərbaycan əsgərinin "əlbəyaxa dava”sı deyil, erməniləri qabağına qataraq, Azərbaycan ərazisindən qovub çıxartdığı görünür.

Xatırladaq ki, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələri Ordumuz nəzarətinə götürüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ