SON DƏQİQƏ
» » Azərbaycanda daha bir qrup İran casusu yaxalandı

Azərbaycanda daha bir qrup İran casusu yaxalandı

Tarix:

30-03-2023, 12:38

/ 1 664 dəfə oxundu.
Azərbaycanda daha bir qrup İran casusu yaxalandı

Azərbaycan xüsusi-xidmət orqanlarının İran kəşfiyyatına bağlı şəxslərə qarşı əməliyyat keçirdiyi barədə məlumat yayılıb.

Neftçalada keçirilən xüsusi əməliyyat nəticəsində İlham və Ramil adlı iki nəfərin şübhəli şəxs qismində saxlanıldığı bildirilib. İlhamın qəssab olduğu, Ramilin isə Neftçalada "Xalqbank"da çalışdığı iddia edilir.

"Mouze" Teleqram kanalı isə Şeyx İmran Ələsgərov, Alik Aslanov və Nicat Ağayev adlı İran xüsusi xidmət orqanlarına bağlı olan şəxslərin həbs edildiyini yazıb.

Qeyd edək ki, saxlanılanlarla bağlı rəsmi açıqlama yoxdur.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ