SON DƏQİQƏ

Parisdə gərginlik hələ də davam edir

Tarix:

18-03-2023, 08:00

/ 1 324 dəfə oxundu.
Parisdə gərginlik hələ də davam edir

Parisdə hökumətin pensiya islahatına qarşı nümayişə çıxanların sayı 2,5 min nəfəri ötüb.

Polis nümayişçiləri uzaqlaşdırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Etirazçılar "Makron, istefa” şüarı da səsləndiriblər.

İnsanlar Prezident Emmanuel Makronun pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini səsvermə olmadan parlament vasitəsilə qəbul etmək qərarına etirazlarını bildirirlər.

скачать dle 12.1

Şərhlər