SON DƏQİQƏ
» » Yaponiyada iki yük gəmisi toqquşub, iki nəfər itkin düşüb, bir gəmi batıb

Yaponiyada iki yük gəmisi toqquşub, iki nəfər itkin düşüb, bir gəmi batıb

Tarix:

3-02-2023, 12:49

/ 3 059 dəfə oxundu.
Yaponiyada iki yük gəmisi toqquşub, iki nəfər itkin düşüb, bir gəmi batıb

Fevralın 2-də yerli vaxtla saat 19:32-də Yaponiyanın Ehime prefekturasının Sahil Mühafizəsi Xidmətinə Kuruçima boğazında iki yük gəmisinin toqquşması barədə məlumat daxil olub. Nəticədə iki nəfər itkin düşüb, gəmilərdən biri batıb.

Konkret az Yaponiyanın AJMEDA News portalına istinadla xəbər verir ki, qəza İmabari şəhərinin yaxınlığında baş verib. 
Bildirilir ki, Toba şəhərindən olan 716 tonluq "Seiryu” yük gəmisi, İmabari şəhərindən olan 499 tonluq "Koei Maru” gəmisi ilə toqquşub. "Seiryu” gəmisi yerli vaxtla saat 20:54-də batıb. Heyətin beş üzvündən üçü xilas edilib, onlardan biri xəstəxanaya yerləşdirilib.

Hazırda Yaponiyanın Sahil Mühafizəsi Xidməti qəzanın baş vermə səbəblərini araşdırır, axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ