SON DƏQİQƏ

Pakistanda matəm elan olundu

Tarix:

31-01-2023, 11:02

/ 3 202 dəfə oxundu.
Pakistanda matəm elan olundu

Pakistanın Pişəvər şəhərində məsciddə törədilən partlayış nəticəsində ölənlərin sayı 93-ə çatıb.

Bu barədə Geo TV məlumat yayıb.

Məlumata görə, partlayışda 200-dən çox zərərçəkən şəxs xəstəxanaya çatdırılıb, onlardan 100-ə yaxınının müalicəsi davam edir, qalanları isə evə buraxılıb.

Hayber-Paxtunxva əyalətinin başçısı Məhəmməd Əzəm Xan bütün bölgədə bir günlük matəm elan edib.

Qeyd edək ki, ötən gün Pakistanın Pişəvər şəhərindəki (Hayber-Paxtunxva əyalətinin mərkəzi) məscidlərin birində terror aktı törədilib

скачать dle 12.1

Şərhlər