SON DƏQİQƏ

Ukraynada son durum necədir?

Tarix:

13-01-2023, 08:47

/ 1 320 dəfə oxundu.
Ukraynada son durum necədir?

Ukraynanın Donetsk vilayətinin Soledar, Praskoveyevka, Baxmut və Kleşçeyevka yaşayış məntəqələri ərazilərində ən şiddətli döyüşlər davam edir.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Rusiya işğalçıları gün ərzində beş raket hücumu (hamısı dinc şəhərlərə: Konstantinovka, Kramatorsk və Zaporojye), eləcə də 12 hava zərbəsi endiriblər. Onlar çoxsaylı reaktiv raket sistemlərindən dörd mərmi atıblar", - məlumatda deyilib.

Qeyd olunur ki, Ukraynanın hər yerində düşmənin hava və raket zərbələri təhlükəsi qalmaqdadır:

"Düşmən əsas səylərini inzibati sərhəd daxilində Donetsk vilayətini ələ keçirmək cəhdlərinə yönəltməkdə davam edir, Baxmut istiqamətində hücumlarını davam etdirir”

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ