SON DƏQİQƏ

Günəşdə güclü partlayış baş verdi

Tarix:

10-01-2023, 08:00

/ 2 110 dəfə oxundu.
Günəşdə güclü partlayış baş verdi

Bazar ertəsi Günəşdə güclü partlayış baş verib.

Bu barədə Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun saytı məlumat yayıb.

Məlumata görə, X1.9 növündən olan partlayış Bakı vaxtı ilə saat 22:37-də başlayıb, 22:50-də pikə çatıb və 22:57-də isə sonlanıb.

Bildirilib ki, bu, 9 yanvarda baş vermiş 15-ci partlayışdır.

Günəşdə baş verən partlayışlar Yerdə maqnit qasırğalarına səbəb olur ki, bu da enerji sisteminin, canlı aləmin fəaliyyətinə təsirsiz ötüşmür.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ