Ankara Qara Dəniz Təşəbbüsü çərçivəsində taxıl dəhlizi vasitəsilə tədarük edilən kənd təsərrüfatı məhsullarını yoxsul ölkələrin alması üçün bütün səylərini göstərəcək".
Bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan deyib.
O, həmçinin bildirib ki, ölkəsi Rusiya taxılını emal edərək una çevirməyə hazırdır, Moskva isə onu Afrikaya pulsuz göndərməyə hazırdır.
"Putin dedi ki, biz sizə pulsuz taxıl verəcəyik, siz isə onu Afrikanın kasıb ölkələrinə göndərəcəksiniz. Biz razılaşdıq. Türkiyə bu taxılı qəbul edəcək, həm də öz müəssisələrində üyüdəcək, sonra isə məhsulu Afrika ölkələrinə göndərəcək. Biz razılaşdıq”, - deyə "Anadolu" agentliyi Ərdoğanın sözlərindən sitat gətirib.
Türkiyə Prezidenti onu da diqqətə çatdırıb ki, hazırda Ukrayna limanlarından gətirilən kənd təsərrüfatı məhsullarının 44/46 faizi ehtiyacı olan dövlətlərə deyil, Avropa ölkələrinə gedir.
O, əmin edib ki, Türkiyə məhsulların taxıl dəhlizi ilə Afrika ölkələrinə daşınmasını asanlaşdıracaq