SON DƏQİQƏ
» » Seyid Abbas Müsəvi Tehrana niyə çağırıldı?

Seyid Abbas Müsəvi Tehrana niyə çağırıldı?

Tarix:

4-01-2023, 16:00

/ 2 037 dəfə oxundu.
Seyid Abbas Müsəvi Tehrana niyə çağırıldı?

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi məsləhətləşmələr üçün İrana gedib.

Məlumatı İran Xarici İşlər Nazirliyi yayıb.

Səfər çərçivəsində Seyid Abbas Musəvi İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.

Səfir iki ölkə və ikitərəfli münasibətlərlə bağlı son hadisələri nazirə hesabat şəklində təqdim edib.

Abdullahian İran hökumətinin qonşularla sıx və yaxşı münasibətlər siyasəti kontekstində iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətini vurğulayıb.

Eləcə də Müştərək Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi istiqamətində lazımi göstərişləri verib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ