SON DƏQİQƏ

Paşinyan Putini təbrik edib

Tarix:

30-12-2022, 16:14

/ 1 846 dəfə oxundu.
Paşinyan Putini təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyana qarşıdan gələn Yeni il münasibətilə təbrik məktubu göndərib.

Məktubda Putin bu ilin Rusiya və Ermənistan üçün yubiley ilinə çevrildiyini qeyd edib:

"Biz diplomatik münasibətlərin qurulmasının 30 illiyini və Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin imzalanmasının 25 illiyini qeyd etdik. Rəsmi səfəriniz zamanı ikitərəfli alyansın strateji istiqamətini konsolidasiya etmək, müxtəlif sahələrdə, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı, KTMT və MDB formatlarında tərəfdaşlığın gələcək inkişafı üçün addımları müəyyən etmək imkanı oldu. Mən ikitərəfli və regional gündəlikdəki aktual məsələlər üzrə dialoqumuzu və konstruktiv birgə işimizi davam etdirməyi səbirsizliklə gözləyirəm”

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ