SON DƏQİQƏ

Paşinyan bununla bağlı Putinə şikayət etdi

Tarix:

27-12-2022, 16:01

/ 1 766 dəfə oxundu.
Paşinyan bununla bağlı Putinə şikayət etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Qarabağda olan sülhməramlılardan şikayət edib.

Bu barədə Rusiya mediası məlumat verib.

Paşinyan artıq tarixə çevrilən Qarabağ münaqişəsini İrəvanın "ən kəskin problemi” adlandırıb.

O bildirib ki, Laçın dəhlizi üçtərəfli razılaşmaya görə Rusiya sülhməramlılarının nəzarətində olmalıdır. Azərbaycan da dəhlizdən yüklərin və sərnişinlərin maneəsiz keçməsinə zəmanət verib.

"İndi isə məlum olur ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında deyil. Təbii ki, mən bu vəziyyəti və hansı variantların olduğunu müzakirə etmək istərdim”, - Paşinyan vurğulayıb

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ