SON DƏQİQƏ

İranda etiraz aksiyaları yenidən alovlandı

Tarix:

27-12-2022, 12:36

/ 1 579 dəfə oxundu.
İranda etiraz aksiyaları yenidən alovlandı

Dekabrın 26-sı gecə saatlarında İranda etiraz aksiyaları yenidən genişlənib, bir neçə şəhərdə kütləvi nümayişlər keçirilib.

Tehran, Kərəc, Məşhəd, Babol, İsfahan və başqa bir neçə şəhərdə keçirilən nümayişlər zamanı İran hakimiyyətinə məxsus simvollar, o cümlədən, Əli Xamenei və Qasım Süleymaninin bannerləri yandırılıb.

Tehranın Vəliəsr bölgəsində baş tutan aksiyada qadın etirazçılar SEPAH-a tabe "Bəsic” qüvvələrinin yerli qərargahına "Molotov kokteyli” atıblar.

Etirazların yenidən alovlanmasına SEPAH-ın Qüds qüvvələrinin komaniri İsmayıl Qaaninin hicabsız və etirazçı qadınları "həyasız”, "əxlaqsız” adlandırması səbəb olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ