SON DƏQİQƏ
» » Ermənistan hava məkanın Azərbaycan üçün bağlaya bilər?

Ermənistan hava məkanın Azərbaycan üçün bağlaya bilər?

Tarix:

23-12-2022, 08:14

/ 1 918 dəfə oxundu.
Ermənistan hava məkanın Azərbaycan üçün bağlaya bilər?

Beynəlxalq səviyyədə qəbul edilmiş formata uyğun olaraq, bütün beynəlxalq uçuşlar əvvəlcədən tərtib edilmiş uçuş planlarına əsasən həyata keçirilir və Beynəlxalq Mülki Aviasiya Təşkilatına üzv olan hər bir ölkə Beynəlxalq Mülki Aviasiya Təşkilatı haqqında Çikaqo Konvensiyasının müddəalarını əsas götürərək, öz hava məkanından istifadəyə ayrı-seçkilik tətbiq edə bilməz.

Bu sözlər erməni mediasının "Ermənistan Azərbaycan təyyarələri üçün hava məkanını bağlaya bilərmi” sualına Ermənistanın Mülki Aviasiya Komitəsinin (MHK) cavabında əksini tapıb.

"MHK tərəfindən hava məkanına məhdudiyyətlər yalnız bütün təyyarə operatorlarının təhlükəsizliyini təmin etmək üçün həyata keçirilir. Qaldırdığınız məsələ komitənin səlahiyyətlərinə aid deyil”, - deyə bildirilib

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ