SON DƏQİQƏ
» » Paşinyan çıxılmaz vəziyyətdə- Hər yerə zəng edir amma...

Paşinyan çıxılmaz vəziyyətdə- Hər yerə zəng edir amma...

Tarix:

16-12-2022, 08:14

/ 1 569 dəfə oxundu.
Paşinyan çıxılmaz vəziyyətdə- Hər yerə zəng edir amma...

Ermənistan Baş naziri Nikol Paşinyan hakim "Mülki müqavilə” fraksiyasının üzvləri ilə qapalı iclas keçirib.

Bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, qapalı iclasda Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiyası və Laçın yolunda hərəkətin məhdudlaşması məsələsi müzakirə edilib.

Müzakirədə Laçın yolunun nə zaman açılacağı haqda fikir bildirilməyib.

Paşinyan deputatlara deyib ki, o, müxtəlif ölkələrin parlamentariləri və beynəlxalq təşkilatlarla əlaqə saxlayır, lakin onların heç biri Laçın yolunun açılmasına zəmanət vermir. Rusiyanın vasitəçiliyinə gəlincə, Paşinyan da bu hissə ilə bağlı konkret heç nə deməyib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ