SON DƏQİQƏ
» » Pekin və Tayvan arasında yeni müharibə alovlanır?

Pekin və Tayvan arasında yeni müharibə alovlanır?

Tarix:

3-12-2022, 08:18

/ 1 821 dəfə oxundu.
Pekin və Tayvan arasında yeni müharibə alovlanır?

ABŞ hakimiyyəti Pekinin Tayvana qarşı döyüşmək potensialını etiraf edir.

Bu barədə ABŞ dövlət katibinin birinci müavini Vendi Şerman Hind-Sakit okean regionu üzrə seminarda bildirib.

Şerman qeyd edib ki, ABŞ administrasiyası hadisələrin belə inkişafının qarşısını almaq üçün səy göstərir. O, hərbi əməliyyatların mümkünlüyü ilə bağlı fikrini onunla izah edib ki, partiyanın son qurultayından sonra Çin prezidenti Si Cinpinin ölkə üzərində mütləq nəzarəti var.

"O, Tayvanı materik Çinlə birləşdirəcəyini söylədi. Bunu sülh yolu ilə edəcəyinə ümid edir, lakin çox açıq şəkildə dedi ki, əgər ona güc tətbiq etmək lazımdırsa, bundan istifadə edəcək", - deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, ABŞ-ın səyləri Çini bu istiqamətdə hərəkət etməməyə inandırmaq, həmçinin Tayvanı dəstəkləməkdir ki, özünü müdafiə etmək üçün vasitələrə sahib olsun

скачать dle 12.1

Şərhlər