SON DƏQİQƏ
» » Çavuşoğludan ŞOK AÇIQLAMA- Bu müharibə uzana bilər

Çavuşoğludan ŞOK AÇIQLAMA- Bu müharibə uzana bilər

Tarix:

24-11-2022, 10:56

/ 1 739 dəfə oxundu.
Çavuşoğludan ŞOK AÇIQLAMA- Bu müharibə uzana bilər

Ukraynada vəziyyət onilliklərlə uzana bilər. Vəziyyət bu və ya digər şəkildə döyüş meydanında uğur qazanmaqla deyil, danışıqlar masası arxasında nizamlanacaq.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Rusiya və Ukrayna XİN rəhbərlərinin Antalyada keçirilən görüşü və onların nümayəndə heyətlərinin İstanbulda təkbətək görüşündən sonra tərəflər atəşkəslə bağlı razılaşmalara yaxın idi. Lakin sonra tərəflər dialoqdan uzaqlaşdılar. Bu gün şərtlər martda olanlardan ciddi şəkildə fərqlənir. Yeni reallıqlar var. Vəziyyət daha mürəkkəbdir, amma ümidimizi itirməməliyik”, - o bildirib.

Çavuşoğlu qeyd edib ki, Ukraynaya hərbi yardım artdıqca, qarşıdurmanın onilliklər boyu uzana bilməsi təhlükəsi yaranır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ