
"Bellingcat”ın müstəntiqi Timmi Allen Lavrovun Balidə xəstəxanaya yerləşdirildiyinə dair sübut tapıb.
Allen Lavrovun şəkillərini və G20 sammitinin keçirildiyi Bali adasındakı Nusa Dua xəstəxanasının peyk şəkillərini müqayisə edib.
"Tylaz" xəbər portalının məlumatında isə Lavrovun xəstəxanaya getdiyi və müayinə olunduğu, daha sonra xəstəxananı tərk etdiyi bildirilib. Hətta Bali qubernatoru da bu məlumatı təsdiqləyib.
Qeyd edək ki, daha öncə yayılan məlumatda Lavrovun ürəyindəki problemdən dolayı xəstəxanaya yerləşdirildiyi bildirilsə də, Rusiya XİN rəsmisi Mariya Zaxarova məlumatı təkzib etmişdi.





























