SON DƏQİQƏ

İran səfini anladı amma...

Tarix:

11-11-2022, 08:13

/ 1 838 dəfə oxundu.
İran səfini anladı amma...

İran Rusiyaya qoşulmağın əbəs olduğunu anlamağa və geri çəkilməyə çalışır. Buna görə də Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Tehrana səfər edib.

Bu sözləri ukraynalı ekspert Sergey Danilov deyib.

"Patruşevin İrana səfərinin versiyalarından biri budur ki, Tehran içində olduğu qarışıqlığı anlamağa başlayır və geri addım atmağa çalışır. Və Patruşev istiqaməti döndərməyə və onu iranlıların raketlərlə təmin edəcəyi vəziyyətə qaytarmağa gəlib. Biz tezliklə İranın Rusiyaya 300 və 700 km-lik orta mənzilli raketləri ötürüb-ötürməyəcəyini biləcəyik”, - Danilov bildirib.

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin İrana qəfil səfəri KİV-də müzakirələrə yol açıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ