SON DƏQİQƏ

İran bu dronları Rusiyaya göndərir

Tarix:

25-10-2022, 12:40

/ 2 336 dəfə oxundu.
İran bu dronları Rusiyaya göndərir

İran Rusiyaya kiçik qabaritli "Merac-521” kamikadze dronlarını verə bilər.

Bunu Ukrayna Hava Qüvvələrinin rəsmisi Yuri İqnat deyib.

"Rusiya təyyarələri stabil şəkildə Tehrana uçur. Sual oluna bilər ki, bu dronlardan İranda nə qədər var? Qərb dünyasından onları vurmaq üçün daha effektli silahlar tələb olunur”, - İqnat bildirib.

Qeyd edək ki, "Merac-521” dronlarının uçuş məsafəsi 5 kilometrə qədərdir. Dronlar ağırlığı 0.5-1 kq olan silahlar daşıya bilir.

Kiçik buraxılış qurğusundan göndərilən dron xüsusi planşet vasitəsilə hədəfə yönəldilir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ