SON DƏQİQƏ

Rusiya yenidən bu şəhərlərə raket atdı

Tarix:

21-10-2022, 10:44

/ 2 569 dəfə oxundu.
Rusiya yenidən bu şəhərlərə raket atdı

Bu gün səhər saatlarında Rusiya ordusu Zaporojyeyə raket zərbələri endirib.

Bu barədə Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Starux məlumat yayıb.

O bildirib ki, şəhərdə partlayışlar baş verib.

Starux raket qalıqlarının şəhər mərkəzində qaldığını vurğulayaraq, sakinlərdən ona yaxınlaşmamağı xahiş edib.

Şəhər Şurasının katibi Anatoli Kurtev isə raket zərbələrinin yaşayış evinə və infrastruktura ziyan vurduğunu deyib.

Qeyd edək ki, bu gün Xarkov və Xersona da raket zərbələri endirildiyi, Xarkovda 5 nəfərin yaralandığı vurğulanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ