SON DƏQİQƏ
» » Kiyevin mərkəzində yenidən partlayışlar baş verib

Kiyevin mərkəzində yenidən partlayışlar baş verib

Tarix:

17-10-2022, 08:22

/ 1 870 dəfə oxundu.
Kiyevin mərkəzində yenidən partlayışlar baş verib

Oktyabrın 17-də səhər saatlarında Kiyevdə partlayışlar baş verib.

Bu barədə şəhər meri Vitali Kliçko "Telegram" kanalında məumat yayıb.

Onun sözlərinə görə, partlayış paytaxtın mərkəzindəki Şevçenko rayonunda baş verib.

"Bütün xidmətlər yoldadır. Təfərrüatlar sonra. Hava hücumu davam edir. Sığınacaqlarda qalın!", - deyə Kliçko çağırıb.

Daha sonra Kliçko növbəti partlayış barədə məlumat verib.

 

Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak paytaxta kamikadze pilotsuz təyyarələrlə hücum edildiyini bildirib .

"Ruslar bunun onlara kömək edəcəyini düşünürlər, lakin bu cür hərəkətlər əzab kimidir. Bizə daha çox hava hücumundan müdafiə sistemləri və mümkün qədər tez lazımdır. Bizim yavaş hərəkətlərə vaxtımız yoxdur. Səmanı qorumaq və düşməni məhv etmək üçün daha çox silah. Bu belə olacaq", - Yermak qeyd edib.

Xəbər verdiyimiz kimi, oktyabrın 13-ü səhər rus hərçilər İranın kamikadze pilotsuz təyyarələri ilə Kiyev vilayətinə hücum ediblər. Hücum zamanı Buçan rayonuna üç mərmi atılması qeydə alınıb

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ