SON DƏQİQƏ

Aİ İranı belə cəzalandıracaq

Tarix:

15-10-2022, 08:23

/ 1 462 dəfə oxundu.
Aİ İranı belə cəzalandıracaq

Avropa İttifaqı İranın təhlükəsizlik güclərinin etirazçılara qarşı kobud münasibəti və Ukraynaya qarşı savaşda Rusiyaya dron satması səbəbilə İrana qarşı yeni sanksiyaların tətbiqinə yenidən baxacaq.

Bu məsələ Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri oktyabrın 17-də Lüksemburqda keçiriləcək iclasında müzakirə olunacaq.

 

Onlar İranın təhlükəsizlk qüvvələrinin son nümayişlərdə nümayişçilərlə qeyri-insani rəftarına və Ukraynaya qarşı müharibədə Rusiyanı kamikadze dronları ilə təmin etməsinə görə İrana qarşı yeni sanksiyaların tətbiqi məsələsini dəyərləndirəcək.

Qurumun rəsmisi jurnalistlərə açıqlamasında İranın təhlükəsizlik güclərinin etirazçılarla davranışının qəbuledilməz olduğunu vurğulayıb. Onun sözlərinə görə, Avropa İttifaqı ölkələri İrana sanksiya tətbiq edilməsinin münasib cavab olacağı və bazar ertəsi günü qərar qəbul edəcəyi ilə bağlı razılığa gəliblər

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ