
Rus qoşunlarının Xarkova hücumü zamanı raketlərdən biri Belqorodda yaşayış binasına düşüb.
Bu barədə "RBK Ukrayna” məlumat yayıb.
"Bir saat əvvəl ruslar Xarkova hücum etmək qərarına gəldilər! Lakin buraxılış zamanı hər 3 raket özünü məhv etdi, biri isə Belqorodda yaşayış binasına dəydi”, - məlumatda qeyd edilib.
Teleqram kanallarında isə Belqoroda düşən raketlərdən birinin görüntüləri yayılıb. Qeyd olunur ki, həmin raket Rusiyaya məxsus "Pantsir” hava hücumundan müdafiə sisteminə məxsusdur.