SON DƏQİQƏ

Cinlər və pis yuxu görmək

Cəmiyyət / Manşet

Azərbaycanlılar daha bir şəhərdə aksiya keçirdi

Tarix:26-09-2022, 16:51 Oxunub:1 669

Əskişəhərdə yaşayan azərbaycanlılar Ermənistanın genişmiqyaslı sərhəd təxribatlarına qarşı etiraz aksiyası keçiriblər.

Aksiya Əskişəhər Azərbaycanlıları Dərnəyinin təşəbbüsü ilə şəhərin mərkəzindəki "Ulus Anıtı” meydanında keçirilib.

Azərbaycan və Türkiyə bayraqları ilə aksiyaya qatılan iştirakçılar "Şəhidlər ölməz, Vətən bölünməz”, "Qarabağ bizimdir, bizim olacaq” və s. şüarlar səsləndiriblər. Dərnəyin sədri Cavid Aydın mətbuata açıqlama ilə çıxış edib.

Açıqlamada Azərbaycanın dəfələrlə Ermənistana çağırışına baxmayaraq, qarşı tərəfin sülhü və əmin-amanlığı yox, yenidən təxribat yolunu seçdiyi bildirilib. Eyni zamanda Ermənistanın təxribatına qarşı Əskişəhərdə yaşayan bütün azərbaycanlıların daim dövlətin və ölkə başçısının yanında olduğu vurğulanıb. Sonda Vətən müharibəsi zamanı və Ermənistanın son təxribatları zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimiz yad edilib.

Qeyd edək ki, aksiyaya çoxlu sayda Türkiyə vətəndaşı da qatılıb.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<